Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.Gözəllik bəhsində yoxdu həmtayı,Rum ü Əcəmdə nə İrandadı.

Ənbər-mu üzə əfşan edəndə,Rəna yeriyib sərxoş gedəndə,Əql başda qalmaz, ruh bədəndə,Sevdası sərimdə, eşqi candadı.

Günəşdi ruyi-nazik mühləhil,Bu əsrdə gözəlliyi bibədəl,Gərdəni sürahi, zülfi müsəlsəl,Abdullanın yarı bu nişandadı.

Случайное стихотворение

Стихи других поэтов · О любви