Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,Yanağı əhmərdir, bənzər al gülə,Ağ buxaqda qara xallara qurban

Zənəxdanda xallar fülfülə nisbət,Dili ağrında şeyda bülbülə nisbət,Müşkin türrələri sünbülə nisbət,Ağ alnında kəsik tellərə qurban

Hilal qaşın giriftarı olmuşam,Nərgislərin mən bimarı olmuşam,Saralmışam zər təki sarı olmuşam,Yanağında açılan güllərə qurban

Deyirəm qamətinə sərvi-gülüstan,Qoynu cənnət bağı yetirmiş bostan,Yoxdur bu cahanda yarım tək mastan,Dilbərin gəldiyi yollara qurban

Gecələr gündüzlər mənim deyildir,Süzülən ulduzlar mənim deyildir,Məmi deyir bu gözlər mənim deyildir,Demişəm mən incə bellərə qurban

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви