Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,Ya aşiqlik adın götür üstündən,Ya təbin var isə bu Dərbəndə gəl

Qırx doqquz aşiqi salmışam bəndə,Ayağında zəncir, boynunda kündə,Qırxına bir çörək cirədir gündə,İştahın var isə bu Dərbəndə gəl

Bir neçə sözüm var yazmışam xəlvət,Adətdir qonağa edərlər hörmət,Adım Zərnigardır, vətənim Dərbət,Mənə sözün var isə bu Dərbəndə gəl

Случайное стихотворение

Стихи других поэтов · О любви