Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.

Tiri-bəlayə etdi hədəf aqibət məni,Ya rəb, görüm ki, seydvəş oxlanə könlümü.

Qəmzən çəkib xədəng, qaşın tir ilə kəman,Qanlı kimi çəkər hərə bir yanə könlümü.

Qoyma ki, şanə dil uzada tari-zülfünə,Allah üçün batırmagilən qanə könlümü.

Xalın həvası ilə könül qondu zülfünə,Axır əsiri-dam elədi danə könlümü.

Hər sübhlər bu xəstə dili xəstə eyləyirGahi nəsimi-sübh, gəhi şanə könlümü.

Макта — последний бейт с тахаллусом поэта. Salarını qoyub qəmi-hicranda mübtəla,Rəhm eyləməz, edər yenə viranə könlümü.

Случайное стихотворение

Стихи других поэтов · О любви