Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə

Mənim cananımı görsən, dolan başına gül tək,De əhvali-pərişanım ona yalvara-yalvara

Əzizim, aşiq incitmə ki heç Allah xoş görməz,Əlindən gəlsə xeyr elə mənim tək xar olan zarə

Nə müddətdir giriftaram, sənə bir xoş günüm yoxdur,Olubdur, ey gözüm nuru, həmişə meylin əğyarə

Gəlib ruxsarına xətin pərişan oldu əhvalım,Fəğan kim eyləmiş dövran bu vəchilə günüm qarə

Əsiri-hüsnün oldum ta tökər qan mərdümi-çeşmim,Giriftar olmasın heç kəs sənin tək mərdümazarə

Bir insaf eylə, vəslindən Nişatın könlünü şad et,Yazıqdır, qoyma kim qalsın sərkuyində avarə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви