Olmadı mümkün edim halımı cananə ərz,Mur nə qism eyləsin şahi-Süleymanə ərz.

Tab ola gər aşiqə yar üzün görməyə,Şəm’ə edər hər gecə dərdini pərvanə ərz.

Surəti-divar tək olmasa gər lalü məhv,Dərdin edər yarına aşiqi-divanə ərz.

Badi-səba, fəsli-gül gülşənə etsən xuram,Hali-pərişanım et sünbülü reyhanə ərz.

Şə’şəeyi-arizin aldı gözümdən şüa’,Qoymadı halım edim ol məhi-tabanə ərz.

Çahi-məzəllətdə bənd Bijən olub müstəmənd,Halın onun kim edə Rüstəmi-dastanə ərz?

Gərdişi-çərxi-fələk olmasa kamımca gər,Dərdi-dilim eylərəm şahi-Xorasanə ərz.

Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda,Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.

Макта — последний бейт с тахаллусом поэта. Səhmi-şəbi-tardən olma, Nəbati, məxuf,Dadi-dilin etgilən sureyi-Imranə ərz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви