Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.
Hardadır abi-bəqa, çeşmeyi-zəmzəm nəçidir,Kövsərin adın eşit, badeyi-reyhan gəz-gəz.
Alma firuzəni, yaqutü zəbərcəddən keç,Dürri-nasüftə nədir, lə’li-Bədəxşan gəz-gəz.
Almanam bir pula mən bir qutu mirvaridi,Səni tari, təkə cum, gövhəri-rəxşan gəz-gəz.
Hər gözəl tiri-nəzər nəsb edə bilməz yayə,Aşiq öldürməyə bir gözləri qan-qan gəz-gəz.
Nə bilir nazü nəzakət nədi hər göyçək olan,Hüsnü xoş, xülqü gözəl, bir ləbi-xəndan gəz-gəz.
Getdi Şirinü Züleyxa, ələ gəlməz Leyli,Indi bu əsrdə kim, afəti dövran gəz-gəz.
Mümkün olmaz bu vəcahətdə gözəl dünyadə,Rüb’i-məskuni dolan, aləmi hər yan gəz-gəz.
Макта — последний бейт с тахаллусом поэта. Tapmasan dəxi Nəbati kimi əfsanə deyən,Əlinə şəm’ götür, gün kimi yan-yan, gəz-gəz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebulqasim-nebati-baxma-sumsada-gozum-servi-xuraman-gez-gez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Genə fələklər ünüşdüQurban-qurban sədasından.
Səhər meyxanə ətrafın gəzirdim məstü bipərvaУтром, пьяный и беспечный, я бродил у кабака,И нежданно я заметил дивный лик издалека.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaNə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaKi, salsın bu gülüstanə genə bir şurişü qovğa.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaDüşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.
Стихи других поэтов · О любви
Getdi yarani-səfa, bir qəmgüsarım qalmadı,Bu bütün dünyada qəmdən qeyri yarım qalmadı
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,