Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.

Muradım can fəda qılmaqdı yetcək vəsli-cananə,Əgər hasil ola, eşq aləmində böylə kam olmaz.

Səfayi-vəslə yetdin, eyləyib çox səylər, ey dil,Bəyan et birbəbir hicran qəmin, böylə məqam olmaz.

Vüsali-yarə yetdin, bir əyağ tut, badə qıl hazir,Dur, ey saqi, başınçun böylə dəm hərgiz müdam olmaz.

Bu bəzmi-vəsl cənnət, saqisi qılmani-tubaqəd,Məni mən etmə, zahid, mey behişt içrə həram olmaz.

Gözün mən etməyə mülki-ruxindən ləşkəri-xəttiEdib müjganların səf-səf ki, dəva binizam olmaz.

Макта — последний бейт с тахаллусом поэта. Gədalıq rəsmini tut kim, dəri-cananə yetməkçün,Zühuri, nəng qılma, aşiq üçün nəngü nam olmaz.

Случайное стихотворение

Стихи других поэтов · О любви