Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.

Ərzimi guş qıl, ey qibleyi-mən, bəsdir bəs,Birdə bundan belə məsti-meyi-gülfam olma.

Baş ağardı və ömr keçdi və həm diş düşdü,Zalım sübh olub müzlimeyi-şam olma.

Rütbeyi-həşməti-Cəmşidə baxıb ibrət qıl,Mail mütrib-ü-mey, müştəriyi-cam olma.

Məst-i-məxmur gəzib girmə xərabat içrə,Müttəsil pirimüğan dövridə bədnam olma.

Nazənin-lər qəmi-eşqini götür könlündən,Belə şuridəliklə ismilə nikunam olma.

Həvəsi-kakili-dildari çıxar başından,Daxi bu dövrdə sərkəştə və sərsam olma.

Şiyaqi-xəmi-əbru ilə qılma qədi xəm,Şövqi-biyudə ilə misli-əlif-lam olma.

İstəsən görməyəsən nişi-cəfayi-xari,Aşiq qəd-ü-ruxi-sərv-ü-güləndam olma.

İstəmə dərdinə dərman dəhəni-cananı,Yoxdan əfsanə deyib sahibi-iham olma.

Çeşmi-məxmuri görüb biixud olub çox yanma,Yuxudan dur, həqiyyə müntəzir imam olma.

Qıl həzər ğəmzeyi-xunrizi ilə tiri-müjədən,Valeyi-çeşmi-çəpəndaz-i-dilaram olma.

Şərbəti-ləli-ləbi şövqi ilə can vermə,Bisəbəb dəhri-cəfapişədə naqam olma.

Dəməni-piri-xərabatı əlindən qoyma,Ey könül, peyrəvi-zahidi-islam olma.

Случайное стихотворение

Стихи других поэтов · О любви