Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,Çeşmi cadu fitnəkardanMən dönərəm, könül dönməz

Sovuq sular gəlir dağdan,Gül bənövşə qoxur bağdan,Gümüş qəbqəb ağ buxaqdanMən dönərəm, könül dönməz

Nə görmüşəm dəxi eldən,Can mürğünə verməz xaldən,Ləbi şəkər, dili baldanMən dönərəm, könül dönməz

Nə umarsan zülfi mardan,Qurtulmadım ah və zardan,Bu bimürvət zalım yardanMən dönərəm, könül dönməz

Bu şikəstə düşdü dildən,Qucmaq istər nazik beldən,Yanaqları qızıl güldənMən dönərəm, könül dönməz

Случайное стихотворение

Стихи других поэтов · О любви