Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Düşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.
Səd şükr ki, imdad qılıb bəxti-hümayun,Bir diz yeri tapdım özümə şənglər içrə.
Ey meydən edib tövbə, edən bənglə ülfət,Divanə kimi düşmə əbəs dənglər içrə.
Nə nəql, hekayətdi, nə əfsanəvü əfsun,Bu büxlü həsəddir ki, düşüb yengilər içrə.
Ey sahibi-şəmşiri-düdəm, şahi cahanbəxş,Ey küştələri püştə qılan cənglər içrə.
Bu mülki-Qəradağdə bimunisü qəmxar,Fəryadimə yet, qoyma məni nənglər içrə.
Məcnun kimi üryanü dil-azürdəvü məhzun,Dağdan dağa Gəzgəz gəzərəm sənglər içrə.
Eşq əhli sanıb salik ilə həmsəfər oldum,Gəzdim bir-iki şamü səhər lənglər içrə.
Макта — последний бейт с тахаллусом поэта. Bu kuçeyi-eşqin, bilirəm, qayəti yoxdur,Biçarə Nəbati qalacaq tənglər içrə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebulqasim-nebati-dusdum-gene-meyxanede-xoshengler-icre
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eyləGətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!O cami-ləlfam ilə bu xamı bir xumar eylə!
Sərməst yıxıldım genə meyxanələr içrəSərməst yıxıldım genə meyxanələr içrə,Oldum genə rüsva neçə fərzanələr içrə.
Düşə bir də nəzərim mehri-rüxi-cananəDüşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.
Стихи других поэтов · О любви
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Gözəl dərdMəhəbbətdə taleyin öz nuru var,Gözəl arzu, saf niyyətdi məhəbbət,
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,