Məhəbbətdə taleyin öz nuru var,Gözəl arzu, saf niyyətdi məhəbbət,Var-dövləti neyləyirsən, bəxtəvər,Tükənməyən var-dövlətdi məhəbbət.

Vurulursan, adın çıxır yadından,Həzz alırsan alovundan, odundan.Doymaq olmur ağrısının dadından,Şirin-acı həqiqətdir məhəbbət!

Sevirsənsə bilinəcək, gizləmə,Heç kəsdən də kömək, vəfa gözləmə.Sən alçalma, kölgə olub izləməÖz-özünə sədaqətdi məhəbbət.

Yanırsan yan, tüstülənmə, alışma,Öz sevgini kimə gəldi danışma.Bu bəladan sağalmağa çalışma,Haqdan gələn gözəl dərddi məhəbbət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви