Təcnis
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,Sızıldaram gecə gündüz onsuzun,Aldı can və cismim yarə sevdiyim
Könül quşu bənd olubdur bu dəmdə,Axar durmaz gözlərimdən bu dəmdə,Gözün istər canım ala bu dəmdə,Təğ qəmzənin bağrım yarə sevdiyim
Geyinmişsən bu gün yaşıldan aldan,Qorxuram fitnədən, hiylədən aldan,Səg rəqib sözünə aldanma aldan,Can və dildən yar ol yarə sevdiyim
Ağlamaxdan didəm döndü baxçiyə,Hüsnün qatında işıq verməz baxçiyə,
Bülbül ağlar qan yaş tökər baxçiyə,Bayqu düşər üzün yarə sevdiyim
Xəlili dir: sirrin vermə dünyada,Təşnə dilim ləblərindən dünyada,Səndən qeyri əgər olsa dünyada,Meyl etməzəm yüz min yarə sevdiyim
Kitabxana.az · https://kitabxana.az/ru/works/ibrahim-bey-xelili-tecnis