Könül dünyam
Könül bir dünyadır — yazı, payızı,Könlümdə fəsillər nəğmələnərlər.Sahili bilinməz nə qədər arzuYenə pərvazlanıb, yenə dinərlər.
Könlüm bir dünyadır, çeşidli dünya,Könlümdə gün doğar, yağar yağış da.Könlümdə ucalar bir şirin layla,Könlümdə dil açar bir körpə quş da.
Könlüm bir dünyadır — dumanı, çəni...Könlümün səması boşalar, dolar.Xəyallar ardınca aparar məni,O duman da, çən də bir nəğmə olar.
Könlüm bir dünyadır — atəşi, odu,Başsız küləkləri ram edər odum.Könlümdə o gün ki, nəğmə doğuldu,Sandım mən özüm də o gün doğuldum.
Könlüm bir dünyadır, narahat dünya,Dəniztək kükrəyər, çağlayar dünyam.Onu bənzətmərəm lal axan çaya,Özündə dənizlər saxlayar dünyam.
Bu könül dünyamda fəsillər yaşar,Sevgim fəsillərə bölünməz təkcə.Sevgimdən dərə, dağ, düz yaşıllaşar,Mən nəğmə deyərəm səsim gəlincə.
Könlümdə bir sevgi adlı dünyam var,Vətən sevgisindən qurulan dünyam.Keçsə də ömrümdən həftələr, aylar,Bu ülvi dünyamdan çətin ki, doyam...
O sevgi yolumu işıqlandırıb,O sevgi köməyim olubdur mənim.O sevgi könlümdə işıq yandırıb,Könlümdə əbədi qalıbdır mənim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-konul-dunyam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,Bu pərdədə kim, nəsnə bizə olmadı qəmsaz.
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
ZülfünEyləyibdir çox cəfalar,Məni-binəvayə zülfün.
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,