Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,Bu pərdədə kim, nəsnə bizə olmadı qəmsaz.

“Üşşaq” meyindən qılalı işrəti-”Novruz”,Ta “Rast” gələ çəngi-”Hüseyni”də sərəfraz.

Ba “Çargahi” lütf qıl, ey hüsnü “Büzürgi”,“Kuçik” dəhənindən bizə, ey dilbəri-”Tənnaz”.

“Zəngulə” sifət nalə qılam zar “Segaha”,Çün əzmi-”Hicaz” eyləyə məhbubi-xoşavaz.

Ahəngi-”Sifahan” qılır ol nami-”Əraqi”,“Rəhavi” yolunda yenə canım qıla pərvaz.

Könlümü “Hisar” eylədi ol ruhi-”Mübarğə”,Gəl olma “Müxalif” bizə, ey dilbəri-”Şahnaz”.

Макта — последний бейт с тахаллусом поэта. Çun “Şurə” gəlib eşq sözün qıla Nəsimi,Şövqündən anın cuşa gəlir Sə’diyi-Şiraz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви