Bir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?Həsrəti çoxdur bəzmi-vüsalə,Bu didəgiryan gəlsin, gəlməsin?

Aşiqi-zarın gülşəni-nazəGəlibdir, səndən istər icazə.Buyur bir görüm, ey güli-tazə.Nə oldu fərman, gəlsin, gəlməsin?

Aşiqin sənsiz didəgiryandır,Lalətək bağrı qüssədən qandır.Hər nə hökm etsən, bəndəfərmandır,Ey şəhi-xuban, gəlsin, gəlməsin?

Aşiqin sənsiz bil şadlıq etməz,Ölüncə səndən əl çəkib getməz,Heç kəs öz yarın belə sinsitməz,Ey sənə qurban, gəlsin, gəlməsin?

Bülbüli-zarın ruzi-ələstdən,Nalə çəkməkdən düşdü nəfəsdən,Ha elə-belə künci-qəfəsdən,Naləvü-əfğan gəlsin, gəlməsin?

Çox yubandırma, gəl səni tari,Xaki-dərində Naşiyi-zari,Di qurtar, kafir, bu biqərari,Öldü müsəlman gəlsin, gəlməsin?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви