Gözlərimdən tökülür bu dili-müztər qanı
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
Gündə min aşiqi öldürsə xədəngi-nazınKönlümün çox sənə, zalim, yenə qeynər qanı.
Türreyi-guşeyi-çeşmin elə qan ilə xizab,Xoş olur şəhpəri-laçində kəbutər qanı.
Dişlədim ləlüvi, ey qanı sovuq, qan oldu,Sən də lök qanımı, tut qanə bərabər qanı.
Nigəhin gizlədir ol məst gözün, çünki bilir,Qanlının qanına bais olu xəncər qanı.
İçərəm qanuvu, bu aşiqə, zahid, az öcəş,Çün müsəlmanə hədərdir tökə kafər qanı.
Az fəğan eylə, di get, ay qanı dolmuş aşiq.Eşidər yari-sitəmgər yenə eylər qanı.
Макта — последний бейт с тахаллусом поэта. Can verən eşqdə bir sən deyisən, ey Naşi,Çox bu meydanda axıb nazlı igidlər qanı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sukuhi-gozlerimden-tokulur-bu-dili-muzter-qani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Başına dolandığımYaxşı olar qohum, qardaş,El, başına dolandığım.