Çığalı müxəmməs
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,Əyri qaşına, tərreyi-zərtarına qurban,Süzgün gözünə, nərgisi-xumarına qurban,Ey sevgili yarım,Ey tərfə nigarım,Sənsən gül-üzarım,Yox səbr-ü qərarım,Xaliqinə, peyğəmbərinə, tarına qurban
Gər ərşi-fələkdən yenə yüz huri cahana,Görməz sənə bənzər gözəli çeşmi-zəmanə,Murğani-çəmən gördü ruxun, çəkdi zəbanə,Başlandı gözəl nəğməyi-xoş, ahəngi-tərənə,Yandım mən aman yar,Qaşları kəman yar,Ey ruh-u rəvan yar,Zülmündən usan yar,On dörd gecəlik ay təki ruxsarına qurban
Xali-siyahın qara qılıb rəngi-bəlalı,Güftarın-ü ləbin şirin edib şəhdi-zülalı,
Əbruylərin yay tək əyib göydə hilalı,Yeni ayın yoxdu bu dünyada zəvalı,Ey cah-u cəlalım,Ey mahi-cəmalım,Ey bədr-ü hilalım,Gəl, qadanı alım,Əyri qaşına, tərreyi-zərtarına qurban
Gəl aşiqinə sərvi-xuraman sən ol, gəl,Məczubuna, məftununa canan sən ol, gəl,Qara könlünə mehri-dərəxşan sən ol, gəl,Ey sərvi-rəvan, zülfi-pərişan sən ol, gəl,Ver zib cəmalə,Yax vəsmə hilalə,Ey birçəki halə,Ey gözləri alə,Süzgün gözünə, nərgisi-xumarına qurban
Çün dərdim olub rüzi-əzəldən sənə məlum,Mövzun, Bayatı ilə qəzəldən sənə məlum,Yoxdur üzümün fərqi xəzəldən sənə məlum,Çəkməz əlin üşşaq gözəldən sənə məlum,Ey dilbəri-tənnaz,Ey səvləti-şahbaz,Etmə Bəyirə naz,Gəl ol mənə həmraz,Xaliqinə, peyğəmbərinə, tarına qurban
Kitabxana.az · https://kitabxana.az/ru/works/deli-beyir-cigali-muxemmes
Стихи других поэтов · О любви
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Sevirəm, axıAy gözəl bacı,Başımın tacı.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.