Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Kirpiyin çaldı, nəzər eylədi süzgün-süzgün,Batdı tiri-müjəsi qanıma göyçək-göyçək.
Dağılıb daireyi-arizə zülfün, zülfün,Baisi-səbri-pərişanıma göyçək-göyçək.
Dəstə-dəstə tökülüb gül yüzə tellər, tellər.Çəkdi ləşgər dili-viranıma göyçək-göyçək.
Nola insafa gələ ol şəhi-xuban, xuban,Tutub ərzim, yetə divanıma göyçək-göyçək.
İstərəm bir şəhi-zərtəxt Qarabağ üzrə,Basmağa möhrünü fərmanıma göyçək-göyçək.
Gövhəri-şerə mütəlla edərəm mədh içrə,Gəlsə kim, təbi-gühərkanıma göyçək-göyçək.
Ey səba, eylə güzər töhfeyi-canı, canı,Ərz qıl xidməti-cananıma göyçək-göyçək.
Bir şəhin dərgəhi-kuyində gəda olmağım,Verdi artıqlıq əcəb şanıma göyçək-göyçək.
Küfri-zülfün məni zünnarpərəst qıldı, qıldı,Saldı qəm rəxnəsnı imanına göyçək-göyçək.
Макта — последний бейт с тахаллусом поэта. Ruzi-əvvəldə fəda eyləmişəm, ey Sədi,Canımı boylə gözəl xanima göyçək-göyçək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sedi-sani-qarabagi-geldi-bir-qasi-kaman-yanima-goycek-goycek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.