Bu xoş gündə qədəm basıbYarım, bizə xoş gəlmisən.Yenə məni yada salıb,Yarım, bizə xoş gəlmisən.

Sıxıbsan nazik belini,Aç görüm cığa telini,Danış öpüm qoy dilini,Yarım, bizə xoş gəlmisən.

Gül əkdim ellər bağında,Aşiqəm yar sorağımda,Ömrümün bu son çağındaYarım, bizə xoş gəlmisən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви