Müsəllim
Səni kişi bilib dərdimi dedim,Etmədin dərdimə çarə Müsəllim.Dedim əlac ola bəlkə bu qəməVurdun yara üstdən yara, Müsəllim.
Gedib ağalara bildirdin sözü,Qoydurdun sinəmə atəşi, közü.Səntək kişilərin kor olub gözü,Seçilmir ağ ilə qara, Müsəllim.
Çoban Əfqan, söz deməyə yox əlac,Yoxsullar qalıbdır çörəyə möhtac.Ağalar başına qoyubdular tac,Od vurublar bu diyara, Müsəllim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/coban-efqan-musellim
Клавиши ← → для перехода, R — случайное стихотворение