Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,Neçə-neçə şahlar gəlib gedibdir,Heç olmamış belə halı Tiflisin

Kimsə qınanmasın iraqlı xanə,Qoşun yetişdi, baxdı hər yanə,Adam gərək ölüşlərə dayanə,Dolmuş idi dağı-dalı Tiflisin

Qızılbaş qoşunu döyüşün açdı,Namərd Başıaçıq daldaya keçdi,Topxanəsin Vali tullayıb qaçdı,Hər yerdən üzüldü əli Tiflisin

Düşmən doldu şəhrə, evlər çökülür,Gögçək oğlan, gözəl qızlar seçilir,Qaçmaq olmaz, məgər göyə uçulur,Heyf ola, yox idi balı Tiflisin

Bir od idi Tiflis üstə tökdülər,Qızıl gümüş cəvahirin çəkdilər,Damı daşı, küncü bucağı sökdülər,Qalmadı bir dənə ləli Tiflisin

Odladılar dükan, bazar, saraylar,Apardılar qumaş, parça, dərayılar,Çəkəcəkdir arvad-kişi haraylar,Hanı dirlər tərmə şalı Tiflisin

Can şirindir, heç şey görünməz gözə,Ağlaya-ağlaya yaş süzə-süzə,Anası uşağın atırdı düzə,Yandırırdı qəlbi, halı Tiflisin

Erməni-Gürcünün qırx kilsəsin,Hesabı yox, mən söyləyim nəsin,Zalım düşmən çıxar tacağın göz səsin,Meydanə töküldü malı Tiflisin

Keşiş, mahrasa, qarı və qoca,Qırdılar, o ki var, gündüz və gecə,Qan bazardan axdı, küçədən necə,Nisbət yağmuri seli Tiflisin

Qızıl gümüş xaçlar, incili kitab,Namaz pərdələrinə heç gəlməz hesab,Xudaya, sən etdin nə idi, ya Rəb,Heç belə gəlməmişdi eli Tiflisin

Ey Şikəstə Şirin, düşmən o günüDirdi Tiflis görməmişdi bu günü,Heç yerdən getməz dağı-dükünü,İntiqamın alar Vali Tiflisin

Случайное стихотворение

Стихи других поэтов