Tərəqqi və təbiətin qanunu
Yay fəsliydi, bir gün axşam çağında,Gəzişirdim Qız qalası dağında.Bir-bir baxırdım ol köhnə asara.Viran olmuş sura, bürcə, hasara.Qərib-qərib, mübhəm-mübhəm xəyallarGəlirdi fikrimə dürlü suallar.Deyirdim ki, dünya bir şəxsə bənzər,Doğar, törər, nümüvv edər, yüksələr.İnsan kimi hər dövrə bir az yaşar,Sonra yavaş-yavaş ixtiyarlaşar.Ölər, qalar bir-iki viranəsi,O da olar bayquşların lanəsi.Bir müəyyən qanun üzrədir həyat,Bir doğuş, bir təkamül, bir inhitat.Böylə qoyulmuş aləmin binası,Dəyişməkdir tərəqqinin əsası.Dəyişmək olmasa tərəqqi olmaz,Təbiətin bu qanunu pozulmaz.Dəyişməklə mümkün olur təkamül.İnsan doğar, törər, edər tənasül.Təbiətdən gərək alınsın ibrət,Təcəddüdlə olur bəqai-millət.Dünyanın əvvəlindən ta bu halə,Aləmdə olmuş min-min istihalə.Hanı əski Roma, əski yunanlar?Hanı əski tərəqqilər, imranlar?Min-min belə saysız binalar yıxmış,Sonra yeni bir mədəniyyət çıxmış.Hanı əski asurilər, kəsrilər?Hanı əski kəldanilər, misrilər?Cümləsini məhv eyləmiş zəmanə,Hər birindən qoymuş cüzi nişanə.Bu ondandır: vaxta görə təkamül –Etmədilər, göstərdilər təkahül.Bu ondandır: zəmanəyə müvafiq –Dəyişməyib, çıxardılar əvaiq.Boş etiqadlara məğrur oldular,Puç olmağa axır məcbur oldular.Hansı şeydir dəyişməyən dünyada,Göyərtidə, heyvanatda, havada?Neçün dəyişməsin fikri insanın,Təqazası deyilmi bu dünyanın?Tarix bizə göstərmirmi bu halı?Cahil qövmün mühəqqəqdir zəvalı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-tereqqi-ve-tebietin-qanunu
Клавиши ← → для перехода, R — случайное стихотворение