Sədi, əya şairi-şirinkəlam!Xabgəhin rövzeyi-darüssəlam.Dur, oyan ey dahiyeyi-ruzgar!Gör vətənin oldu nasıl tarü mar.Məzcəi-pakindir əgər Dilgüşa,Heyif deyil, məncə, bu gün dilgüşa.Aç gözünü, bax vətən övladına,Sevgili əqabına, əhfadına.Oldu fəramuş nəsihətlərin,Vermədi heç faidə zəhmətlərin.Hikməti-əşarına biixtilafEylər ikən əhli-cahan etiraf,Qədr qoyarkən hamı asarına,Sözlərinə, şiveyi-göftarına.Hər dilə nəql oldu kəlamın sənin,Tutdu bütün aləmi namın sənin.Yatdılar əhfadların xabdə,Etmədilər rəkz adına abidə.Qədrini bilsəydi əgər əğniya,İsminə min məktəb olurdu bina.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов