Hafiz, ey mürşidi-sütudəsiyər!Hafiz, ey ustadi-şerü hünər!Əsərindir mütərcimi-lareyb,İştə sənsən bu gün lisanül-qeyb.Bir məali cəhanisən, Hafiz!Bir cahani-məanisən, Hafiz!Düşünülsə nədir mətalibini,Dərk edən əhli-həqq məratibini.Müstətirdir həqiqət ilə məcaz,Mündəric hər birində bir ecaz.Leyk dövri-zəmanə eylədi ğədr –Kim, sənə layiqincə qoymadı qədr.Olsa idi iranlılar arif,Elmü fənni-zəmanədən vaqif,Qədrini kamilən bilərlər idi,Heykəlin burda rəkz edərlər idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви