Boyunlar darə öyrəndi
Bizə dərd üz verən gündən, hərə bir çarə öyrəndi,Bakı köç etdi bulvardan, gələn bulvara öyrəndi.
O gündən ki, oğullarımız tutub üz cəbhədən qaçdı,O gündən də bizim qızlar geyib şalvarə öyrəndi.
Süründü meynətək əvvəl qızıl qumların üstündə,Susub durduqca bağban dırmaşıb talvarə öyrəndi.
Nişanın əsgər oğlandan alıb taxdı menedjerə,Menedjer qoxladı atdı, o pis yollarə öyrəndi.
Ayaqqabım cırıq, pencək sökük, palto mənə yaddır,Vəkil «Passat» sürən gündən bədən astarə öyrəndi.
Bu odlar yurdum axırda, oyunlar yurduna döndü,Oyunlar dövr etdikcə, boyunlar darə öyrəndi.
Səsim Allah rizasıyla şükür ki, xəlqimə çatdı,Ürəkdə haqq olanlar, haqq olan əşarə öyrəndi.
21 noyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-boyunlar-dare-oyrendi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ayda üç şirvan idi, artmış iki, əladı ki,Get-gedə dövlət seçir, tükdən tükü, əladı ki.
Nəyi var «ney»indəHər eşilən ip qutarır düyündə,Kim düyünü açdı, gedir çiyində.
İmkanına bir qozEy çərxi-fələk, bir belə dövranına bir qoz,Şeytan oturan çərxi dəyirmanına bir qoz.
Meymun olmuşuqBir zamanlar biz əsiri-eşqi-Məcnun olmuşuq,İndisə bir fahişə mislində məlun olmuşuq.