Oturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsinMəni yardan yarı məndən ayıran,Haqqın bəlasının peşinə gəlsin

O kimdir ki qabaqda var şatiri,Qadir Allah belə zülmü götürüMən yanıram Əsli yardan ötəri,Rəhmin gəlsin gözümün yaşına

Ziyad xan oğluyam, siz də bilərsiz,Dəvasız dərdimə dərman deyirsizDad qazilər məni niçün qınarsız,Məni qınayanın başına gəlsin

Xan Kərəmin dəstək verin dəstinə,Düşmən gəlir dörd bir yandan qəsdinəQoy öləndə Əsli gəlsin üstünə,Ağlasın sədası qulağına gəlsin

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви