Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,Haqq deyib şanında "Ləvlak, ləvlak",Məhəmməd əl-Mustafaya bağışla

Təqi və Nəqi və Mehdidir qaib,Çahardə məsumu Haqq özü sayıb,Məhşər günü olar, olurlar naib,Yetmiş iki şəhidə bağışla

Davudam, sığınnam Şahi-mərdanə,Hər çağıranda yetmiş pərdən səslənə,Namaz üstə xitab etdi İhsanə,Əli edən o sövdaya bağışla

Случайное стихотворение

Стихи других поэтов · О божественной любви