Bayrağım enərkən
Sən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.Qoynundakı ağ nurlu ay-ulduzum sönərkənÜzərimə doğacaq günəşlərdən bezdim bən.
Al-yaşıllı bağında çiçəklərin solarkənÜrəyimdə pək acı bir inilti yüksəldi.Hıçqırıqlar içində bayılırkən, düşərkənMəni tutub qaldıran xain, murdar bir əldi.
Yazıq, səni Bayrağım, endirdilər öyləmi?Səni yıxıb devirən o zəhərli ruzigar,O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar,Yanar ocağımı da söndürdülər, öyləmi?Bir röyamı oldu o gördüklərim hepisi?Bağlandımı üzümə türk elinin qapısı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ummugulsum-bayragim-enerken
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Gözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna.
ای جاده سودای تو هر رشته آهیدر هر گذری چشم به راه تو نگاهی
TövbənaməEy xuda sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eləyib ağlaram mən.
ببر دل از همه خوبان، اگر خردمندیبه شرط آنکه در آن زلف دلستان بندی