Xəzərə xitab
Yenə bu gecə də keçdi yandan,Gözümdə yuxu yox, yenə bidaram.Yenə qaranlığın bağnnı yaran,Xəzərin suyudur, tutmayır aram.
Çağla çoşğun dəniz, qollannı aç,Qucaqlaşaq, verək köks-köküsə.Gül də, biz ki, dostuq hər qəmli səsə,Qovulduq evimizdən, yollannı aç.
Gözümüz yaşlıdır, sinəmiz dağlı,Mən deyim dərdimi, dinlə ey dəniz!Ana qəlbi olur balaya bağlı,Dinlərmisən məni, söylə ey dəniz.
Bir gecə yansı əziz balamız,Alındı əlimizdən bir laçm kimi.Söndü işığımız, uçdu yuvamızHəyat tarixində bunu gördünmü?
Çağla, coşğun dəniz, göz yaşımıztək,Dağıt sulannı bizdən əks edən,Nə gələr payımız gen təbiətdən,Ağla bir səmimi yoldaşımıztək.
Darmadağm eylə dalğalannlaBizi dar divara alan qalanı.Heçliklərə sovur nalələrinləÇıxılmaz tilsimə salan qalanı.
Nəymiş təqsirimiz, neyləmişik biz?Bunu sən sual et, mənim dilim yox.Hansı xəyanətin şərməndəsiyiz,Bunu sən sual et, mənim dilim yox.1937, Bayıl həbsxanası
Kitabxana.az · https://kitabxana.az/ru/works/ummugulsum-xezere-xitab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Sən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Çillə şərqisiQabağı yazdır çillənin,Ömrü azdır çillənin.