(“Turan düdüyü”)Nargin əsirlərinin dilindənDərdli-dərdli sürükləndim, inlədim,Acı-acı fəryadlan dinlədim,Gəldim iştə dərdim sənə söylədimƏrzimi dinləyən, soran nərədə?Uyudulmaz dərdim, ovulmaz könlüm,İlk bahar olsa da açılmaz gülüm.Gəl yaramı sən özün sar, sevgilim,Duyulmaz dərdimə dərman nərədə?Dağıtdılar yuvasını bülbülün,Susdurdular nəğməsini bu elin,Xəzan vurdu yarpağını hər gülünCanana can verən o can nərədə?Məskənimiz bir fəlakət ocağı,Bəsdərimiz firtmalar ocağı,Sönmüşmüdür, əcəb yurdun ocağıAnadolu nerdə, Turan nərədə?Qərib sürgün olur bizim adamlar,Ninni söylər uğultulu dalğalar,Mərhəmət naminə səni haraylar,Ədalətin nərdə, vicdan nərədə?Təlatümə uğramışız həpsimiz,Qalmamışdır inan daha səbrimiz.Bir sahil yoxmudur çıxa gəmimizAğlaşır analar, duyan nərədə?Seba, yetir sevgilimə sözümü,'Mükəddər halımı, gülməz üzümü,Yanıqlı ahımı, ağlar gözümü,Aşiqler nərədə, canan nərədə?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви