Dəmir pəncərədə qalmış gözlərim,Araram fəzada son qismətimi.Od saçar ağzımdan çıxan sözlərim,Hiss edərmi göylər fəlakətimi?Göriin gözlərimə, sən ey gələcək,Görün ki, tükəndi, qalmadı səbrim.Qaldır pərdələri ey çərxi-fələk,Nə gözləyir məni, yoxdur xəbərim.Söylə ki, nəsibim, müqəddəratım,Hansı əllərdədir? Tanıtdır mənə.Yəni vicdan varmı, ya ki, həyatımQatacaq göz yaşı dərinliyinə?1937, Bayıl həbsxanası

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе