Ayırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.

Dərgəhi-alidə bir mərtəbəyə irdi işin,Günbəgün düşməninə fəxr ilə sərkub oldun.

Az qalırdı edəsən zor ilə bəylərbəyilik,O qədər kim sən uca qədr ilə mənsub oldun.

Sonra bilmən, nə xəta eylədin, əya, mən tək,Düşdün əltafi-nəzərdən belə məyub oldun.

Olma Molla Səfi tək aldan hörülüdən ipək,Ya edən Səfiqulu buğdasın məğsub oldun.

Ya da Cəbrailə verib pulunu cəbrailli,Alıban o dədən Həsən bəy kimi mərtub oldun.

Ya gedib Talibi-Feyzullah olub fəxr etdin.Tutdun həqq canibini haböylə məğzub oldun.

Ya yüzindən qaçıb hər yerdə sənin NurəliO qədər dəftər açıb sahibi məktub oldun.

De görüb bəxt yenə sonra necə etdi mədəd,Xadimi-hazirənin silkinə mənsub oldun.

Макта — последний бейт с тахаллусом поэта. Heç Talib belə mətlubinə irməz, şükr et,Əvvəli talib edən, axırı mətlub oldun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе