O qara tellərinə oğru deyim, ya rəhzən
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
O qara tellərinə oğru deyim, ya rəhzən,Ya könlüm məmləkətin qarət edib badə verən.
O münəvvər yüzini gördü məgər ay ilə gün,Düşdülər dağa-daşa oldular avarə gəzən.
O gözü qaşın olub qətlim üçün amadə,Biri şəmşir çəkib, biri yayə düzən.
O xəttü xali-siyahın məxi-rüxsariLəşkəri-hindü həbəş türkə tapıb el deyəsən.
O qədü qamətə bax, gör nə qiyamət eylər,Rəşgdən bağə qaçıb guşə tutub sərviçəmən.
O hənalı əlinə, nola, mübarək deyələr,O ki şirin dilinə şəhdü şəkkərdir deyilən
Ağzına qönçə deyən kəslərin ağzın yummasan,Görsə bir gəz onu yüz yerdən açar qönçə dəhən
Şikəni-zülfdə dil naləsi keçdi həddən,O qara gündən onu qurtarın, allahı sevən.
Макта — последний бейт с тахаллусом поэта. Dürfəşanlıq bu qədər eylədik, Aşiq, bəsdir,Hanı bu dəhrdə bir dərdə yetib qədr bilən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehemmed-bey-asiq-o-qara-tellerine-ogru-deyim-ya-rehzen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.