Ustadi-əzəldən dərsim almışam,Mayiləm hər yerdə qovğaya, Pəri!Ziddü cinsü rədif sözün danışma,Mən desəm düşərsmən ah-vayə, Pəri!

Əlindəki badə olsun, saz olsun,Hərəkətin işvə olsun, naz olsun,Yekə yerdən danışmağın az olsun,Düşərsən bir dərin dəryayə, Pəri!

Müəşşərin hər bəndinə naçarsan,Mən açmaram, yenə özün açarsan,Bu işindən yəqinimdi qaçarsan,Axırda məlikə, Mirzayə, Pəri!

Qafiyə gərəkdi ola dilməsənd,Nəki belə məğşuş ola, dərdimənd!Bilmirəm ki, sənə eyləyim rişxənd,Yoxsa onu yazan mollaya, Pəri!

Ləblərinin müsəffası Aşiqi,Dəhanının müəmması Aşiqi,Siyəh zülfün təmənnası Aşiqi,Salıbdı bir uzun sevdayə, Pəri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви