Səni tarı məndən olma mükəddər,Incitmə, bu dili-virani sənsən.Neylərəm dünyanı, əzizim, sənsiz,Bilirəm dərdimin dərmanı sənsən.

Gözəldir camalın, hüsnündür cəmil,Ölmədim hicrində, qalmışam xəcil,Başınçün, ey gül, dolansa yüz il,Könlümün mülkünün sultanı sənsən.

Vamiqin Əzrayə var idi meyli,Onunçün axardı gözündən seyli,Yusifin Züleyxa, Məcnunun Leyli,Mənim də canımın cananı sənsən.

Hər nə ki ərz etdim ona yetmədim,Şad eyləyib bizi gəlib getmədin.Könlüm alıb bir yol qəbul etmədin,Bu qədər ki, çəkdim imanı sənsən.

O gizli baxışın alıbdır canı,Cadu qəmzələrin verməz imanı.Tarı hifz eyləsin növki-müjganı,Aşiqin qatili-pünhanı sənsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов