Aləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar

Təb'i-mövzunun birisi soxtanı mədh eyləmiş,Baxıban gördüm bu açıq bir yalandır soxtalar

Soxtanı mədh eyləyən şair arayə çox gələr,Yazmışam sizdə görək həqdir ya bühtan soxtalar

Gərçə zahirdə baxırsan bir yazıqdır binəva,Batinində əl aparsan çox yamandır soxtalar

Qurd deyilər bunlar bürünmüş gusfəndin cildinə,Kinəli əqrəb ya əfi ilandır soxtalar

Harda görsə həddi-təklif olmayan sibyanları,Öldürürlər özlərin ..... soxtalar

Bir neçə vaxt hücreyi-viranədə mən olmuşam,Lehv ü lə'bə getməyə çox pəhləvandır soxtalar

Nəfsi-əmmarə əlində həm əsir və həm əcir,Bir-birinə həm hədəf həmdə sənandır soxtalar

Həm qanan rəmz anlayan rəmz ü işarə düşünən,Çəm-xəm ilə xəm olan yaylı kamandır soxtalar

Rakib və mərkub olub bir-birilə üns edər,Həm təpə həm pilləkən həm nərdbandır soxtalar

Qövmi-Lut'a peyrov olmuş lutilərdir cümləsi,Gah xoruz gahı bəçə gah makyandır soxtalar

Bəzisi oxuduğu elminə amil olmasa,Dağıdarlar aləmi bust-bünyandır soxtalar

Bir-birilə gər sədaqət göstərürlər zahira,Batinən bir ramii-tir ü sinandır soxtalar

Çox mütəvvəl qılmayıb qəsdən bunu qısqa dedim,Əmrəd və Mabun ləbi şirin zəbandır soxtalar

Molla Kəşfi bühtan ilə xəlqi zəmm etməz yəqin,Pünhan əsrar qamu elə əyandır soxtalar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов