Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,Özünün ki bilürsən dərdməndəm mən,Etməzsən dərdimə ya sənəm sənəm

Binəva görübdür, ey ağlar məni,Dərdü qəm hicrinin, ey ağlar məni,Bu günümdə qoydunun ey ağlar məni,Qurumaz çeşmimdən ya sənəm sənəm

Görmüşəm zülfün kimi yazılan,Ənbər kimi aşiqinə yazılan,Bu tumarda sərdəftərə yazılan,Hüsnünün kitabında ya sənəm sənəm

Gecə gündüz qurbanındır, ey uşşaq,Zülf tumarı xətt içində, ey uşşaq,Heç deməzsən tifli-eşqə, ey uşşaq,Sədri-şəmsimdən ya sənəm sənəm

Meydani-eşqində ya Səməd Səməd,Dost çəkmiş ismini ya Səməd Səməd,Qasımam çağırram ya Səməd Səməd,Sənan tək deməzəm ya sənəm sənəm

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви