Beş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?Əxtər oldum mehrü maha yetişdim,Talib oldum övliyanın beşinə

Bir ər gördüm öz işində çarəsiz,Qanlar damar cəsədindən yarəsiz,On beş nəstə göydən endi qarəsiz,Beşi kəsvət, beşi xilət, beşi nə?

On beş nəstə xademani-Sübhani,Belə durur sübutdur bu nişani,Borclu etdi on beş nəstə insanı,Beşi üsul, beşi fürü, beşi nə?

Şikəstə Qasımam, heyhat içində,Yeddi ərkan, səkkiz sifət içində,Müsəlmanlar beş vaxt səlat içində,Beşi üsyan, beşi nisyan, beşi nə?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов