Gördüm
Məqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,Qaranlıqı torpaq altındaYatar cismilə can gördüm
Yoluxdum bir günahkara,Günahdan yüzü qara,Mətaindən ziyan vara,Bəğayət peşiman gördüm
Sınıx saxsı kimi başlar,Çürümüş ol qələm qaşlar,Tökülmüş inci tək dişlər,Yanar piri-cavan gördüm
Yumulmuş ol ala gözlər,Qiyamət yolunu gözlər,Hani şirin şəkər sözlər,Dəhanı bizəban gördüm
Çürümüş ol gül əndamı,Tanımaz sübh ilə şamı,Alıbdır çöhrəsin hamı,İlan gördüm, çayan gördüm
Kimi eyş ilə işrətdə,Kimi zövq ilə söhbətdə,Kimi rənc ilə möhnətdə,Qatı halın yaman gördüm
Qəbur əhli sifətini,Bəyan etdin sən, ey Qasım,Oturma yol qırağında,Dəxi sındır həman gördüm
Kitabxana.az · https://kitabxana.az/ru/works/sirvanli-molla-qasim-gordum
Клавиши ← → для перехода, R — случайное стихотворение