Qopardı ruhumu bu gün yerinden,Elimin qəlbindən gələn nəğmələr.Dinlərəm mən səni ey doğma vətən,Könül dalğalanar, heycana gələr.Titrərkən telləri tar, kamançanm,Ürəyim döyündü, əlim titrədi.Ey gözəl vətənim! Eşqinlə səninGözlərim yaşardı, dilim titrədi.Ah gözəl musiqi, susma bir az daQoy ötsün bülbüllər, onlar menimdir.Bir aləm canlanır hər tarda, sazda,Bütün o sənətkar canlar mənimdir.Çal, doğma musiqi, çal ki, sesinəQərib könüllərin ehtiyacı var.Vurğun aşiqlərin hər nəfəsiləXəstələr dərdinə min şəfa tapar.Çal, gözəl musiqi, gözəl muğamat,Çal, bir az ağlayım, gülüm seninlə.Qoy bəlkə özümü bir yanm saatElimin qəlbində bilim səninlə.Bütün varlığımla dinlərəm səni,Sən öz canım kimi yaxınsan cana.Mən könül dostuyam, yad sanma məniCanım səninlədir, getsəm her yana!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов