Şuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir

Qanım içərkən bular çeşminə eyni-səfa,Elə ki meyxarələr bəzminə zinət verir

Harda görürsən, könül, yar dolan başına,Sanma ki dövran sənə bir daha fürsət verir

Surəti-halın demək aşiqə lazım deyil,Yüz verə iqbal əgər bəxt özü surət verir

Gövhəri-nəzmin, Nişat, eyləmə hər pərdə sərf,Bir belə bazarda kim sənə qiymət verir

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви