Mənəm
Müşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəmBir sərv boylunun sərgərdanıyam,Susuyubdur qanıma bu tərsa mənəm
Sənan təki oda atdım Quranı,Donuz güddüm, ələ aldım əsanıTərk etdim Məhdini tutdum İsanı,Məscidim olubdur kilsa mənəm
Mən Kərəməm bu sözləri söylərəm,Dərin dərin dəryaları boylaramYeddi ildir xaça qulluq eylərəm,Yoldaşım olubdur Mahrasa mənəm
Kitabxana.az · https://kitabxana.az/ru/works/kerem-menem
Клавиши ← → для перехода, R — случайное стихотворение