Mal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsənBəyənməzdin dürlü libas geyməyi,Niçün cismi üryan olmuş gedirsən

Tutmaz idin bir füqərənin əlini,Sormaz idin bir yoxsulun halınıHalal haram qazandığın malını,Bu dünyada açmış tökmüş gedirsən

Malım var deyib göyə uçardın,Məclislər qurub badə içərdinGözəl gözəl məhbubları qucardın,İndi qara yerə çökmüş gedirsən

Dərdli Kərəm aydır necə olur halım,Mənə səndən oldu ey qanlı zalımHeç vədəyə baxmaz yetişər ölüm,Əcəl şərabını içmiş gedirsən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине