Namərd ilə şirin şərbət içməkdənMərd ilə içməyə ağu yaxşıdır.Yalançı molladan, qanmaz sufidən,Mey paylayıb qanan saqi yaxşıdır.

Aşıq Bilal aşıqların atası,Qəşəd kəndi olub yurdu-yuvası,Bir insana əgər dəysə xətası,Kəsilsə qolunun sağı, yaxşıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине