Olma
Məzluma hörmət et, qolundan yapış,Əlindən var-yoxun alandan olma.Haqq yoldan yayınma, sən Adəm kimi,Nəfsindən peşiman olandan olma.
Həmişə qar olmaz dağların başı,Qaçırma özündən yarı, yoldaşı.Qohumu, qardaşı, yarı, sirdaşı,İlan tək yalmanıb çalandan olma.
Beş gün bu dünyada ömr edər hərə,Hərəsi meyl edər bir cür gövhərə..Baxginən Cəmşidə, peyğəmbərlərə,Mütini qürbətə salandan olma.
Seyrağub insandan yan dolanginən,Salma bu dünyada qan, dolanginən.Hər kəsə can denən, can dolanginən,Hərcayı söyləyib güləndən olma.
Mirzə Bilal, möhkəm yapış halaldan,Bunu öyüd aldın ata-anandan,İstəyirsən get xəbər al mahaldan –Zalımın qaydına qalandan olma.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-mirze-bilal-olma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
SəniKafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar