Ey səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.

Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma.

Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,Hiç rəhm etməz mənim bu dideyi-giryanıma.

Ahu tək hər yana nıəstanə dolandırma gözün,Az qalıbdır gözlərin rəxnə sala imanıma.

Saqiya, dur, sağəri-sərşar doldur, nuş edim,Qəm yemə, gör çox yetibdir qəm, bu qəmli canıma.

Canımı canan alıb, naseh, məni mən eyləmə,Bilmirəm bir can nədir ki, qıymayım cananıma?!

Макта — последний бейт с тахаллусом поэта. Zikriyi-şuridədil sübhü məsa söylər: Fətək –Qoydun həsrət sən məni ol gözləri məstanıma!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви