Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Bir gözün şəhlası yüz min səfheyi-Tövratdan,Bir qaşın əbrusu min-min mülki-İrandan ləziz!
Gül üzün görmək mənə gülbərgi-həmradan əcib,O1 səri-kuyin mənə seyri-gülüstandan ləziz!
Zahida, etmə mənə tənə bilibsən, bilmişəm,Canı sən canandan, cananı mən candan ləziz!
Abi-heyvan ləblərin şəbdin içibdir, ey sənəm,An üçün bir ab yoxdur, abi-heyvandan ləziz!
Abi-beyvan ilə göstərdim o Xizrə ləblərin,Onu bundan bisəfa buldu, bunu ondan ləziz!
Макта — последний бейт с тахаллусом поэта. Zikriya, cananə meyl et, çək cəhan mülkündən əl,Yoxdu bir zad bu cəhan mülkündə canandan ləziz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zikri-erdebili-ey-xetin-muyu-mene-mulku-suleymandan-leziz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cadu gözünə rahibü tərsa nə münasib?Əyri qaşına taği-kəlisa nə münasib?
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!