Saqiyə bir niyazi-ricaməndanə
Saqi, ələ al cami-səfabəxşi-rəvani,Lütf eylə dəmadəm bizə ol ruhi-rəvani.Sun bizlərə ol bədəni kim, əqlrübadır,Huşyar olan adəm çəkəməz bari-girani.Səhbayi-dili-arifi ləbrizi-şərab et,Ta ərzi-cəmal eyləyə əsrari-nihani.Ol mey ki, onu nuş ediyor zümreyi-əhrar,Şayani-məlamət görəməz kimsə cavani.Azad olayım dərsən əgər dəsti-bələdən,Dərk etmə şüunati-xirədsuzi-cahani.Yüz min həsəd ol cahili-gümkərdəşüurə –Bilməz qəmi möhnətkədeyi-kövnü məkani.Qabilmidir aqil ola tabaveri-möhnət?!Əql olsa cavan, pir qılar şanlı cavani.Bilmək nə demək? Salibi-asayişi-candır.Bilmək edər, əlbəttə, qəmabad cinani.Rahətmi yaşar mə'rifətənduzi-məali,Eyləri təbəssüm rüxi-ərbabi-məani?Ol dil ki, edib hüzni-ümumi ilə ülfət, –Zənn etmə görər bir daha rüxsari-məsərrət.
20 zilhiccə (5 fevral)
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-saqiye-bir-niyazi-ricamendane
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kəndində yar et, əfəndim, dəftəri-canpərvəri,Ruhbəxşi-mürdəgandır elmü hikmət dəftəri,
Məhəmmədəli Mirzənin nəzəri-diqqətinə ədalətli bir vəsiyyətEşitdim ölən vəqt Nuşirəvan –Öz övladına böylə qıldı bəyan:
Xosrovun Şiruyəyə nəsihətiGözün yumduğu dəmdə Xosrov, şu zat –Ki, yə'ni edən gündə tərki-həyat –
Nəsimi-səbayə niyazEy səba! Bir bu gətir xaki-rahi dildardən,Məhv edib könlüm qəmin, bəxş et bəşarət yardən.
Стихи других поэтов · О вине
Saqiyə, rəhm qılıb badə gətir nuş edəlim!Pişi-çeşmi rüqabə yari dər aquş edəlim!
Ta'neler urur kanlu gözüm ebr-i bahâraTa'neler urur kanlu gözüm ebr-i bahâraGelmedi gönül zülfüni göreli karâra
Ol saqi misalMəcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.