Ey səba! Bir bu gətir xaki-rahi dildardən,Məhv edib könlüm qəmin, bəxş et bəşarət yardən.Söylə ağzından nigarın ruhpərvər bir kəlam,Bir məhəbbətnamə lütf et aləmi-əsrardən.Sevgili yarın yolundan, ey nəsimi-sübhi-mehr, –Tutiya göndər, fəqət gizlin ola əğyardən.Can məşamın eyləyim tə'tir lütfündən sənin,Ən gözəl iylər gətir canə dəhani-yardən.Çox zamandır görməmiş dil çöhreyi-məqsudini,Saqiya, son mey bizə ol cami-seyqəldardən.Bu dili-divanəmiz gəlmir geri zəncir ilə,Lütf qıl bir həlqə ol geysuyi-ənbərbardən.Rahət olmaqlıq üçün bu çeşmi-xunəfşanımız –Al gətir torpaq, səba, şol rəhgüzari-yardən.Ey səba, sən tutiya bəxş eylə, kor olsun rəqib,Qorxamaz əhrar, Hadi, tə'neyi-əğyardən.Sadədillik, xamlıq adət deyil aşiqlərə,Ver xəbər sən, ey səba, dildari-əfsunkardən.Bağı-hürriyyətdə, ey quş, şükr kim, azadəsən,Bu əsarətpərvərənə müjdə ver gülzardən.Yarsız ruhum dimağı səbrdəndir təlxkam,Yarsız ruhum dimağı səbrdəndir təlxkam,Bəxş qıl bir işvə ol ləbi-şəkkərbardən.Hafizin ol xirqeyi-kəmqədrin et rəngin bəmey,Son gətir məstü xərab iştə onu bazardən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви